Murmansk ixracatçıları Bakıya səfər edəcək

4 Mart 2023 19:45 (UTC+04:00)

Rusiyanın Murmansk vilayətinin ixracatçıları Azərbaycanda keçiriləcək "InterFood Azerbaijan - 2023" beynəlxalq sərgisində iştirak edəcək.

Aznews.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, mayın 17-19-da keçiriləcək sərgidə 20-dən çox ölkədən nümayəndələr qatılacaq. Xəzər regionu ölkələri qida sənayesinin ən yaxşı nümayəndələri bu sərgidə iştirak edəcək. Bununla bağlı Bakıya minlərlə ixracatçının səfəri gözlənilir.

“Sərgidə sənayenin aparıcı istehsalçılarının ət və süd məhsulları, qənnadı məmulatları, dondurulmuş qidalar, tərəvəz və meyvələr, qida əlavələri və inqrediyentləri, balıq, dəniz məhsulları, delikateslər, şirələr, çay və digər ərzaq məhsulları nümayiş olunacaq”, - Murmansk vilayətinin Arktika İnkişaf və İqtisadiyyat Nazirliyinin mətbuat xidməti bildirib.