Bu təxribatın qarşısını alaraq Bakı iki hədəfə nail oldu - Politoloq

6 Mart 2023 12:14 (UTC+04:00)

"Dünən şəhid verdiyimiz təxribatın qarşısının alınması ilə Bakının iki hədəfə nail olduğunu hesab etmək olar".

AzNews.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı deyib.

O bildirib ki, bu hədəflərdən biri Bakının separatçıların qeyri-humanitar yüklər üçün istifadə etdikləri gizli yollarını ifşa etməsidir: "Bu, Laçın yolundan kənar keçən ərazilərə müdaxiləni legitimləşdirir.
Digəri isə odur ki, Bakı beynəlxalq ictimaiyyətə Qarabağdakı separatçı-terrorçular suverenliyimizə təhdid yaratdığını və onların erməni əhalisinin “təmsilçisi” ola bilməyəcəyini göstərdi".

Politoloq qeyd edib ki, böyük ehtimalla dünən baş verənlər başlanğıcdır və proseslər daha ciddi nəticələrin olacağı istiqamətdə inkişaf edə bilər.