İran və Belçika arasında razılıq əldə olunmadı

6 Mart 2023 18:33 (UTC+04:00)

İran və Belçika arasında məhbusların mübadiləsinə dair razılaşma Belçika tərəfinin mövqeyinə görə uğursuz olub.

Aznews.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani i mətbuat konfransında bildirib.

“Təəssüf ki, Belçikanın mövqeyinin dəyişməsi ilə əlaqədar razılaşma dayandırıldı”, - diplomat bildirib. "Belçikada saxlanılan iranlı diplomata gəlincə, biz dəfələrlə bəyan etmişik ki, həbs, istintaq, mühakimə və hökm qanunsuz olub, Vyana Konvensiyasının kobud şəkildə pozulmasıdır. Biz bu işdə irəliləyişə ümid edirik. ”

Mövsüm