“Limak AZ” MMC cərimə edilə bilər

7 Mart 2023 12:28 (UTC+04:00)

“Limak AZ” MMC cərimə edilə bilər.

Aznews.az xəbər verir ki, şirkət barəsində aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci( Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

İşə Sumqayıt şəhər Məhkəməsində hakim Rövşən Xəlilovun sədrliyi ilə baxılacaq.

Rəşid