ŞƏT baş katibi İranın bu hərəkətini təqdir edib

7 Mart 2023 14:22 (UTC+04:00)

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Zhang Minq İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian ilə görüşdə İranın təşkilata üzv olmaq əzmini təqdir edib.

Aznews.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi bildirib.

“İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian ŞƏT-in baş katibi Zhanq Minq və onun nümayəndə heyəti ilə görüş zamanı İranın ŞƏT-də iştirak və məsələ ilə bağlı qətiyyətini və ciddiliyini qeyd edib”, - nazirlik qeyd edib.

"Biz inanırıq ki, təşkilat yeni beynəlxalq təhlükəsizlik və iqtisadi mexanizmlərdə mühüm rol oynaya bilər və iqtisadi əməkdaşlığın inkişafı davamlı təhlükəsizliyə töhfə verəcək", - iranlı baş diplomat deyib.

Qeyd edək ki, ötən il sentyabrın 15-16-da Səmərqənddə keçirilən ŞƏT sammitində ŞƏT liderləri İran tərəfinin təşkilata qəbulu ilə bağlı öhdəlikləri haqqında memorandum imzalayıblar. Həmçinin sammit zamanı Belarusun təşkilata üzvlüyünün qeydiyyatı prosesinə başlanılıb.

Bundan başqa, Səmərqənddə Bəhreyn, Küveyt, Maldiv adaları, Myanma və Birləşmiş Ərəb Əmirliklərinə dialoq üzrə tərəfdaş statusunun verilməsi proseduruna başlanması qərara alınıb.

Mövsüm