"Avroviziya-2023"ün Azərbaycan təmsilçisi məlum olub

9 Mart 2023 12:29 (UTC+04:00)

"Avroviziya-2023" Beynəlxalq Mahnı Müsabiqəsində Azərbaycanı TuralTuranX dueti təmsil edəcək.

AzNews.az "Report"a istinadən xəbər verir ki, Tural və Turan Bağmanovlar ifa etdikləri mahnının həm də müəllifləridirlər.

Xatırladaq ki, "Avroviziya-2023" mahnı müsabiqəsi bu il 9-13 may tarixlərində Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək.