Gürcüstan müxalifəti etirazları davam etdirəcək

9 Mart 2023 16:30 (UTC+04:00)

Gürcüstanın müxalifət qüvvələri hakim partiyanın əvvəllər təklif etdiyi xarici agent haqqında qanun layihəsini geri götürmək qərarına baxmayaraq, ölkənin paytaxtı Tbilisidə etiraz aksiyalarını davam etdirməyi planlaşdırır.

Aznews.az xəbər verir ki, bu barədə keçirilən brifinqdə müxalifət partiyası "Girçi - Daha çox Azadlıq" Partiyasının sözçüsü Tsotne Koberidze bildirib.

"Bu gün mütləq nümayiş keçiriləcək, çünki "Gürcü Arzusu"na inanmayan çoxlu gənclər var. Ölkəmizin Qərbin bir hissəsi olacağına yalnız biz təminat verə bilərik", - o qeyd edib. "Bizim qanun layihəsini necə geri götürməyi planlaşdırdıqlarına dair aydın izahata ehtiyacımız var" deyən Koberidze, həmçinin hakimiyyətdən etirazlar zamanı saxlanılanların azad edilməsini tələb etdiklərini bildirib.

Mövsüm