Azərbaycanda 7 vəzifəli şəxs axtarışdadır
23 İyul 2013 10:26 (UTC+04:00)
Azərbaycanda korrupsiya cinayətlərinə görə 7 vəzifəli şəxs axtarışdadır. Lent.az-ın məlumatına görə, bu barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bildirib.
K.Əliyev həmin şəxslərin adlarını sadalamaqdan imtina etsə də, onların artıq vəzifə başında olmadığını bildirib.
AzNews.az