İngiltərədə WhatsApp qadağan edilə bilər

10 Mart 2023 13:44 (UTC+04:00)

Dünyanın ən məşhur mesajlaşma proqramı olan WhatsApp-ın tezliklə İngiltərədə qadağan oluna biləcəyi iddia edilib.

Aznews.az xəbər verir ki, dünyanın ən məşhur mesajlaşma proqramı olan "WhatsApp"ın prezidenti Uill Cathcart, İngiltərənin tezliklə təsdiqləməsi gözlənilən Onlayn Təhlükəsizlik Aktı səbəbiylə Whatsapp-ı qadağan edə biləcəyini açıqlayıb.

Bildirilib ki, Onlayn Təhlükəsizlik Aktı tətbiqi hazırda xidmətdə mesajları qoruyan uçdan-uca şifrələməni zəiflətməyə məcbur edə bilər. Hökumət şirkəti bu təhlükəsizliyi zəiflətməyə məcbur edərsə, WhatsApp bundan imtina edəcək və proqramın ölkə daxilində tamamilə qadağan olunmasına gətirib çıxaracaq.

Qey edək ki,End-to-end şifrələmə mesajları yalnız göndərən və qəbul edənin oxuya bilməsini təmin etməklə onların təhlükəsizliyini təmin edən bir sistemdir. Texnologiya şirkətləri və təhlükəsizlik mütəxəssisləri bildirirlər ki, mesajları sındırma və digər təhlükələrdən qorumaq vacibdir.

Rəşid