Bakıda atışma olub, xəsarət alanlar var

10 Mart 2023 14:52 (UTC+04:00)

Bakıda atışma olub.

Hadisə Bakı Dövlət Sirkinin yaxınlığında qeydə alınıb.

Silahlı insidentlə bağlı əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hadisə nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir.