“Ermənistanda həyat səviyyəsi aşağı düşüb”

23 İyul 2013 11:04 (UTC+04:00)
Bu ilin ilk yarısında Ermənistanda 4,1 faiz inflyasiya qeydə alınıb

Ermənistanda bu ilin ilk 6 ayında qeydə alınan inflyasiya göstəriciləri orta əmək haqqının artım tempindən yüksək olub. APA-nın "Aykakan Jamanak" qəzetinə istinadən yaydığı məlumata görə, 6 ay ərzində inflyasiya 4,1% təşkil edib, həmin dövr üçün orta aylıq əmək haqqı cəmi 2,1 % artıb.

Qiymətlər əmək haqlarından daha sürətlə artdığına görə ölkədə həyat səviyyəsi aşağı düşüb.

AzNews.az