Qurban Qurbanov: “Müdafiədə daha çox diqqətli oynadıq”

11 Mart 2023 20:50 (UTC+04:00)

“Hücumda olmağımıza baxmayaraq, müdafiədə daha çox diqqətli oynadıq”.

Aznews.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Səbail”i 3:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XXVI tur oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis yaxşı oyuna görə futbolçularını təbrik edib: “Çox vacib 3 xal qazandıq. Komandamızın oyunundan razı qaldım. Topla çox tez və dinamik rəftar edirdilər. “Səbail”in sürətli əks-hücumlara keçən yaxşı futbolçuları olduğunu bilirdik. Matçın sonlarında futbolçularda bir az rahatlıq yarandı. Amma ümumilikdə yaxşı oyun keçirdik”.