Gün ərzində Xankəndi-Laçın yolunda sülhməramlıların 55 avtomobili maneəsiz hərəkət edib

12 Mart 2023 21:00 (UTC+04:00)

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 12 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Aznews.az xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Bununla da bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 55-ə çatıb.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.