ABŞ-ın keçmiş prezidenti Donald Tramp ABŞ-ın iqtisadi problemlərinə görə hazırkı prezident Co Baydeni günahlandırıb və yeni Böyük Depressiya ilə bağlı proqnoz verib.
Aznews.az xəbər verir ki, bu barədə Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsində yazıb.
“İqtisadiyyatımızda baş verənlərlə, ABŞ tarixində ən böyük və ən axmaq vergi artımı ilə bağlı irəli sürülən təkliflərlə Co Bayden müasir dövrün Herbert Huver (1929-1933-cü illərdə ABŞ prezidenti) kimi düşəcək. Bizi 1929-cu ildən daha böyük və güclü depressiya gözləyir. Bunun sübutu kimi banklar artıq çökməyə başlayır" .
Mövsüm