Xəzər Sığorta Agentliyi cərimə edilə bilər

13 Mart 2023 15:22 (UTC+04:00)

"Xəzər Sığorta Agentliyi" MMC cərimə edilə bilər

Aznews.az xəbər verir ki, şirkət barəsində aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci ( Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

İşə Nərimanov rayon Məhkəməsində hakim Xalidə Əlisoyun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq edilərsə şirkət iyirmi beş min manatadək məbləğdə cərimə edilə bilər.

Rəşid