İran və Küveyt dəniz sərhədinin müəyyənləşdirilməsi üçün danışıqlar aparır

14 Mart 2023 11:58 (UTC+04:00)

İran və Küveytin dəniz sərhədlərini müəyyən etmək üçün danışıqlar apardığı bildirilib.

Aznews.az xəbər verir ki, Küveytin rəsmi xəbər agentliyinin (Kuna) verdiyi xəbərə görə, iki ölkənin ümumi hüquq komissiyası İranın paytaxtı Tehranda toplaşıb.

Danışıqlar zamanı Küveyt tərəfinə xarici işlər nazirinin müavini, səfir Mənsur əl-Uteibi, İran tərəfinə isə xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini, səfir Rza Nəcəfi sədrlik edib.

İki ölkə arasında dəniz sərhədlərinin cızılması məsələsinin müzakirə olunduğu görüşdə bu məsələnin beynəlxalq hüquq normaları əsasında həll edilməsinin vacibliyi vurğulanıb.

Uteybi iki ölkənin siyasi məsləhətləşmə iclası zamanı İranın xarici işlər nazirinin müavini Əli Bakiri ilə də ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsi imkanlarını müzakirə edib.

Sərhədin çəkilməsi danışıqlarının Səudiyyə Ərəbistanı ilə İran arasında normallaşma razılaşmasından bir neçə gün sonra baş tutması diqqət çəkib.

Mövsüm