ABŞ Rusiya ilə qarşıdurma yaratmaq üçün gərginlik ocaqları yaradır

14 Mart 2023 13:32 (UTC+04:00)

ABŞ və onun "Peykləri" Moldova və Gürcüstanda Rusiya ilə geosiyasi qarşıdurma üçün gərginlik ocaqları yaratmağa çalışırlar.

Aznews.az xəbər verir ki, bu barədə TASS-a Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

“Əlbəttə, biz hər şeydən narahatıq, Gürcüstandakı vəziyyətdən, eləcə də Moldovada olan vəziyyətdən narahatıq, çünki bunlar ABŞ-dan çox uzaqda olan, onlara nə etməli və nə etməməli olduqlarını söyləməyə çalışan ölkələrdir. Bunlar bizim qonşularımızdır və biz görürük ki, ABŞ öz "peykləri" ilə sərhədlərimiz boyunca getdikcə daha çox gərginlik ocaqları yaratmağa çalışır, bu əsas ərazilərdə hətta coğrafi səbəblərdən belə geosiyasi rəqabət yaratmağa çalışır",-deyə Qruşko qeyd edib.

Eyni zamanda, baş diplomat vurğulayıb ki, bu ölkələrdə baş verən hadisələr Qərb ölkələrinin “neokolonial münasibətini” nümayiş etdirib. "Onlar o nöqteyi-nəzərdən çıxış edirlər ki, yalnız onların diktə etmək, nə edəcəyini söyləmək hüququ var. Mən bir daha qeyd edirəm: bu, tamamilə neokolonial yanaşmadır", - Qruşko əlavə edib.

Mövsüm