İranda Novruz çərşənbələrində 19 nəfər ölüb, 1172 nəfər yaralanıb

15 Mart 2023 00:08 (UTC+04:00)

İranda ilaxır çərşənbədə yaralananların sayı 1172 , ölənlərin sayı 19 nəfərə çatıb.

Aznews.az xəbər verir ki, yaralıların əksəriyyəti Tehran, Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətlərindədir.

Bundan əlavə yanan materialların partlaması nəticəsində Həmədanda bir mənzildə partlayış baş verib.

Nəticədə 9 yaşlı uşaq ağır yanıq xəsarətləri alıb.

Qumda içərisində yanan maddə olan çantanın partlaması nəticəsində isə 3 nəfər yaralanıb.

Yaşayış binasında baş verən hadisədə 3 qardaş ağır yaralanıb, onlardan biri 90 faiz yanıq xəsarəti ilə xəstaxanaya yerləşdirilib.

***

Saat 12:45

İranda Novruz çərşənbələrində 15 nəfər ölüb, 357 nəfər yaralanıb

Bu barədə İran Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Ölüm hallarının 7-si Təbrizdə, 4-ü Tehranda, 2-si Həmədanda , 1-i Urmiyada, daha 1-i isə Qəzvində qeydə alınıb.

Bu günə qədər ümumilikdə Novruz çərşənbələrində 357 nəfər müxtəlif bədən xəsarətləri alıb. Ən çox xəsarət halları Tehranda (91), Şərqi Azərbaycanda (42) və Qərbi Azərbaycanda (21) baş verib.