"SpaceX"in "Dragon" kapsulu ISS-ə yollanır

15 Mart 2023 11:13 (UTC+04:00)

Amerikanın 'SpaceX" şirkətinə məxsus "Dragon" kapsulu 27-ci missiyası üçün Floridadakı bazadan buraxılıb.

Aznews.az xəbər verir ki, Beynəlxalq Kosmik Stansiyaya (BKS) yük daşıyan "Dragon" kapsulu NASA-nın Florida bazasından "Falco" 9 raketi ilə havaya qalxıb.

Başlatma prosesi NASA-nın saytında canlı yayımlanıb.

Kapsul 3 ton qida, təcrübələr və avadanlıq materialları olaraq kosmonavtların əsas ehtiyaclarını daşıyır.

Qeyd edək ki, "SpaceX" NASA-nın 6 aylıq missiyası çərçivəsində bu ayın əvvəlində Beynəlxalq Kosmik Stansiyaya 4 kosmonavt göndərmişdi.

Mövsüm