Təsadüf, yoxsa tarixin ironiyası?

23 İyul 2013 13:11 (UTC+04:00)
Bərdədə ev yanıb.

AzNews.az xəbər verir ki, yanğın Ağdamdan məcburi köçkün olan Arzu Süleymanovun məskunlaşdığı zavodda baş verib. Nəticədə 3 nəfərdən ibarət ailənin sığındığı bir otaq və mətbəx tamamilə yanıb. Naqillərdə baş verən qısaqapanma nəticəsində başlayan yanğın 30 kvadrat-metri əhatə edib.

Arzu Süleymanov AzNews.az-a bildirib ki, bu təqvimdə onun ikinci dəfə evi yanır: "20-il əvvəl Ağdamda olan evim də iyulun 23-də yandı".

Ruhiyyə
AzNews.az