Kanadalı general hökuməti məhkəməyə verib

16 Mart 2023 15:01 (UTC+04:00)

Kanadada ona qarşı açılan iddialara görə bəraət qazanan general-mayor Dany Fortin, baş nazir Castin Trüdo, federal hökumət və bəzi rəsmilərə qarşı açdığı iddiaya görə 6 milyon Kanada dolları təzminat tələb edib.

Aznews.az xəbər verir ki, 2021-ci ildə Kanadanın COVID-19 peyvəndi paylama təşkilatının rəhbəri təyin edilən, lakin hərbi məktəb illərində tabeliyində olan işçini cinsi istismara məruz qoyduğu iddiası ilə işdən çıxarılan general-mayor Fortin, federal hökumət tərəfindən ona qarşı irəli sürülən ittihamlardan bəraət aldıqdan sonra, Trüdo və iki keçmiş generaldan olmaqla milli müdafiə nazirləri və yüksək rütbəli hərbi məmurları məhkəməyə verib.

Fortinin hüquq qrupunun Ontario Ali Ədliyyə Məhkəməsi ilə açdığı iddiaya böhtan, dövlət vəzifəsi zamanı sui-istifadə, sui-qəsd və Trüdo və digər rəhbər işçilərə qarşı səhlənkarlıq ittihamları daxildir.

Mövsüm