“Bank BTB” barədə protokol tərtib edilib

16 Mart 2023 15:13 (UTC+04:00)

“Bank BTB” ASC barədə protokol tərtib edilib

Aznews.az xəbər verir ki, şirkət barəsində aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci(. Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

İşə Nəsimi rayon məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılacaq.

Rəşid