İnfantino yenidən FİFA prezidenti seçilib

16 Mart 2023 15:13 (UTC+04:00)

Canni İnfantino yenidən futbolun çətir təşkilatı olan FİFA-nın prezidenti seçilib.

Aznews.az xəbər verir ki, Ruandanın paytaxtı Kiqalidə keçirilən FİFA-nın 73-cü Konqresində prezident seçkiləri keçirilib.

Seçkilərə yeganə namizəd kimi daxil olan 52 yaşlı İnfantino 2027-ci ilə qədər kürsüdə oturacaq.

Seçkidən sonra qısa təşəkkür nitqində İnfantino, "FIFA prezidenti olmaq inanılmaz şərəf, imtiyaz və məsuliyyətdir. Sizin dəstəyiniz məni şərəfləndirdi və təsir etdi. Bilirəm ki, məni sevənlər daha çoxdur. Mən hamınızı sevirəm" -deyə qeyd edib.

Mövsüm