Scholz: Biz bir-birimizi dəstəklədiyimiz zaman Avropa güclü olduğunu sübut edib

16 Mart 2023 16:22 (UTC+04:00)

Avropa bir yerdə olduqda və bir-birinə dəstək olduqda güclü olduğunu sübut edib.

Aznews.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts qeyd edib.

Kansler Bundestaqdakı çıxışında Almaniyanın son 8 ayda enerji təchizatını yenidən təşkil edərək Rusiya qazı və neftindən müstəqilləşdiyini bildirib .

Almaniyada qaza qənaət edildiyini və 2022-ci ildə əvvəlki ilə nisbətən 18 faiz az istehlak edildiyini qeyd edən Şolts, qaz qiymətlərinin Rusiya-Ukrayna müharibəsindən əvvəlki səviyyədən aşağı düşdüyünü bildirib.

"Hazırda güclü yeni enerji infrastrukturunun qurulması vacibdir, çünki bu böhranda Avropa bir yerdə olduğumuz və bir-birimizi dəstəklədiyimiz zaman güclü olduğunu sübut etdi" -deyə Olaf Şolts vurğulayıb.

Martın 23-24-də Brüsseldə keçiriləcək Avropa İttifaqı (Aİ) Liderlər Zirvə toplantısında enerji məsələsinin hərtərəfli müzakirə ediləcəyini deyən Şolz Avropanı təkcə növbəti qışa deyil, həm də gələcək illər üçün hazırlayacaqlarını vurğulayıb.

Mövsüm