Bakının Əhmədli qəsəbəsinin bir hissəsinin istilik təchizatı kəsilib

16 Mart 2023 17:57 (UTC+04:00)

Bakının Xətai rayonunun Əhmədli qəsəbəsinin bir hissəsinin istilik təchizatında müvəqqəti fasilə yaranıb.

Bu barədə "Azəristiliktəchizat" ASC-dən bildirilib.

Məlumata görə, buna səbəb həmin ərazini istilik enerjisi ilə təchiz edən magistral xətdə qəza baş verməsidir. Qəzanın operativ aradan qaldırılması üçün lazımi işçi qüvvəsi və xüsusi texnikalar səfərbər edilib, bütün lazımi tədbirlər görülür.

Qurum müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyib.