ABŞ-də atom elektrik stansiyasında sızmalar təsdiqlənib

17 Mart 2023 11:09 (UTC+04:00)

ABŞ-nin şimalındakı Minnesota ştatının rəsmiləri bölgə yaxınlığındakı nüvə stansiyasından 1,5 milyon litrdən çox radioaktiv suyun sızdığını bildirib.

Aznews.az xəbər verir ki, Minnesota Çirklənməyə Nəzarət Agentliyi (MPCA) müəssisədəki qırılan borudan təxminən 400.000 gallon triti (T2O) suyun sızdığını bildirib.

Sızma ilk dəfə noyabrın 22-də, mənbəyi isə dekabrın 19-da aşkar edilib. Sızma tezliklə aradan qaldırılıb.

MPCA komissarının müavini Kirk Koudelka "Star-Tribune"-a bildirib ki, səlahiyyətlilər hadisə barədə ictimaiyyəti məlumatlandırmadılar, "Xcel Energy" və ştat isə sızmanın Missisipi çayına keçməsinin qarşısını almaq üçün vəziyyəti idarə etməyə çalışır.

Mövsüm