İspaniya Ukraynaya döyüş təyyarələri göndərməyəcəyini bildirib

17 Mart 2023 17:02 (UTC+04:00)

İspaniyanın müdafiə naziri Marqarita Robles Ukraynaya heç bir döyüş təyyarəsi göndərməyəcəklərini açıqlayıb.

Aznews.az xəbər verir ki, Polşa və Slovakiya Ukraynaya döyüş təyyarələri göndərəcəklərini elan etdikdən sonra "Avropa İttifaqından (Aİ) digər ölkələr də bunu dəstəkləyirmi?" müzakirələri başlayıb.

Müdafiə naziri Robles qatıldığı tədbirdən sonra ispan jurnalistlərə verdiyi açıqlamada, "İspaniya olaraq ittifaq ölkələrinin Ukraynaya kömək etmək üçün verdiyi qərarlara hər zaman çox hörmətlə yanaşırıq. Çünki bu ölkəyə sonda yardım var. Bununla belə İspaniyanın Mövqeyi çox dəqiqdir. Heç bir döyüş təyyarəsi göndərməyəcək"-deyə qeyd edib.

Digər tərəfdən Robles, İspaniyanın daha əvvəl açıqladığı Leopard 2A4 tipli 6 tankın bu ayın sonu və ya aprelin əvvəlində Ukraynaya təslim edilmək üçün Polşaya göndəriləcəyini, digər söz verilən 4 tankın isə Ukraynaya göndəriləcəyini açıqladı.

55 Ukrayna əsgərinin hələ də bu tanklardan istifadə etmək üçün İspaniyada təlim keçdiyi də paylaşılıb.

Mövsüm