ADRA-nın rektoru Natiq Əliyev beynəlxalq sərgi-müsabiqəsinin laureat seçilib

17 Mart 2023 17:23 (UTC+04:00)

Rusiya Federasiyası Elm və Ali Təhsil nazirliyinin dəstəyi ilə B.Ştiqlits adına Sankt-Peterburq Dövlət Bədii-Sənaye Akademiyası tərəfindən keçirilən “Dünya rəssamların gözü ilə” adlı beynəlxalq sərgi-müsabiqəsinin nəticələri
açıqlanıb.

24 ölkədən rəngkarlıq, qrafika, heykəltəraşlıq sahələri üzrə peşəkar rəssamlar arasında keçirilən müsabiqəyə 749 əsər təqdim olunmuşdur.

Münsiflər heyəti tərəfindən açıq səsvermə ilə hər nominasiya üzrə 4 qalib müəyyən olunmuşdur.

Qeyd olunan müsabiqədə Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, professor Natiq Əliyev “Heykəltəraşlıq: portret” nominasiyası üzrə laureat seçilmişdir.

Aznews.az