Bir ailənin 4 üzvünü öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

17 Mart 2023 17:31 (UTC+04:00)

Beyləqanda bir ailənin 4 üzvünü öldürməkdə təqsirləndirilən Fuad Cəlilzadənin işi ilə bağlı ibtidai istintaq yekunlaşıb.

Aznews.az xəbər verir ki, iş ilə bağlı toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İşə hakim Əli Əliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, ötən ilin dekabrında 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə düşmənçilik zəminində Quliyev Nadir Cümşüd oğlunu, onun həyat yoldaşı Tərgül Quliyevanı, oğlanları Amin və Xəyal Quluzadələri odlu silahla güllələyərək öldürməkdə ittiham edilib və barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi ilə cinayət işi açılıb.

Rəşid