Yeni Zelandiyada təhlükəsizlik səbəbiylə TikTok-dan istifadə qadağan ediləcək

17 Mart 2023 17:46 (UTC+04:00)

Yeni Zelandiya təhlükəsizliklə əlaqədar olaraq millət vəkillərinə və digər parlament üzvlərinə Çin sosial media platforması TikTok-dan ictimai telefonlarda istifadə etməyi qadağan edəcək.

Aznews.az xəbər verir ki, rəsmilər bu addımın hökumətin kibertəhlükəsizlik üzrə ekspertlərinin məsləhəti ilə atıldığını bildiriblər .

Yeni Zelandiyadakı qadağa digər ölkələrdə də tətbiq edilən oxşar qərarlardan sonra bu ayın sonunda qüvvəyə minəcək. Bununla belə, ölkədəki qadağa qərarı ABŞ və İngiltərədəki kimi bütün dövlət işçilərinə deyil, yalnız parlamentdəki 500-ə yaxın insanın ictimai telefonlarına şamil ediləcək .

Bundan sonra digər qurumlar öz qadağalarını həyata keçirməyə qərar verə biləcəklər.

Mövsüm