Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 49 min 500 nəfəri keçib

18 Mart 2023 23:59 (UTC+04:00)

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 49 min 600 nəfərə çatıb.

Aznews.az xəbər verir ki, bu barədə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay bildirib.

Onun sözlərinə görə, ölənlərdən 6800-ü əcnəbidir.

Xatırladaq ki, fevralın 6-da episentri Türkiyənin Kahramanmaraş şəhəri olan 7,7 və 7,6 maqnitudalı iki zəlzələ olub.