Ermənistan parlamentinin sədri xəstəxanaya yerləşdirilib

20 Mart 2023 21:48 (UTC+04:00)

Ermənistan parlamentinin sədri Alen Simonyan yıxılaraq dirsəyini zədələyib.

Aznews.az Ermənistan KİV-ə istinadə xəbər verir ki, bunu ölkə parlamentinin mətbuat katibi Sovinar Xaçatryan feysbukda açıqlayıb.

Onun sözlərinə görə, parlament sədri xəstəxanaya yerləşdirilib:

“O, sadəcə sürüşüb və dirsəyini zədələyib, hazırda həkimlərin nəzarəti altındadır”.