Bu gün Ərdoğanın prezidentliyə namizədliyi irəli sürüləcək

21 Mart 2023 12:19 (UTC+04:00)

Bu gün Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə Prezidenti postuna namizədliyi irəli sürüləcək.

Aznews.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Hakim Ədalət və İnkişaf Partiyası və Milliyətçi Hərəkat Partiyası (MHP) bu gün saat 15.00-da Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyi ilə bağlı Ali Seçki Qurumuna müraciət edəcək.