Azərbaycan MN: "Erməni hərbçinin əsir götürülməsi barədə Ermənistanın yaydığı məlumat yalandır"

21 Mart 2023 17:45 (UTC+04:00)

Erməni hərbçinin Azərbaycan Ordusunun bölmələri tərəfindən əsir götürülməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır.

Aznews.az xəbər verir ki, "Martın 21-də Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun nəqliyyat vasitəsi ilə guya azaraq Azərbaycan Ordusunun bölmələrinin mövqelərinə yaxınlaşması və bölmələrimiz tərəfindən əsir götürülməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır", - nazirliyin məlumatında qeyd olunub.