Türkiyə pilotsuz avtomobil hazırlayacaq

23 İyul 2013 18:47 (UTC+04:00)
Türkiyənin İzmir şəhərinin Texnologiya İnstitutu ilk yerli pilotsuz avtomobilin hazırlanması üzrə layihəni həyata keçirməyi planlaşdırır.

İnstitut layihənin hazırlanması ilə əlaqədar 10 milyard lirə həcmində maliyyə yardımını təmin etmək üçün Türkiyənin Nəqliyyat Nazirliyinə müraciət edib.

Məlumata görə, layihələndirmə işlərinə başladıqdan 3 il sonra ilk pilotsuz avtomobil istismara veriləcək.
İlk layihənin pilotsuz taksi olacağı bildirilir. Həmin taksini smartfonlardakı xüsusi proqramın köməyi ilə çağırmaq mümkün olacaq.

AzNews.az