Vəkillər Kollegiyasının sədr müavini: “İran rejiminə son zərbəni Təbriz vuracaq”

22 Mart 2023 15:44 (UTC+04:00)

“İran rejiminə son zərbəni Təbriz vuracaq”.

“Aznews.az” “Guney AZfront”a istinadən xəbər verir ki, bunu Şərqi Azərbaycan Vəkillər Kollegiyasının sədr müavini Sina Yusifi deyib.

Onun sözlərinə görə, İranın Azərbaycana qarşı qeyri-səmimi mövqeyi, təhdidləri Güney Azərbaycanda narazılıqla qarşılaşıb.

S.Yusifi İran hökumətinin Azərbaycanla Ermənistan arasında olan məsələlərə müdaxiləsini pisləyib və bunun nəticələri barədə xəbərdarlıq edib:

“İran hökuməti daxili böhrandan canını qurtarmaq üçün Azərbaycanla Ermənistan arasında olan ixtilaflardan istifadə etməyə çalışır. Amma Tehran hökumətinin Qarabağ məsələsinə müdaxiləsi İslam Respublikasının devrilməsi ilə nəticələnə bilər”.