Ermənistandan Putinə zərbə: Roma Nizamnaməsini təsdiq etdi -TƏCİLİ

24 Mart 2023 16:05 (UTC+04:00)

Bu gün Ermənistanın Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsinin 1998-ci il iyulun 17-də imzalanmış Roma Nizamnaməsində təsbit edilmiş öhdəliklərin Konstitusiyaya uyğunluğunun müəyyən edilməsi haqqında qərarını dərc edib. Məhkəməsi Nizamnamənin Ermənistan Konstitusiyasına uyğun olduğuna qərar verib.

Qərarda bildirilib ki, məsələ yazılı şəkildə müzakirə olunub: "Qərar qətidir və dərc edildiyi andan qüvvəyə minir".

Qeyd edək ki, bu sazişin ratifikasiyası ilə Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarına əməl etmək öhdəliyini üzərinə götürür. Məlum olduğu kimi, BCM Rusiya Federasiyasının prezidenti Vladimir Putinin həbsi ilə bağlı qərar verib.

AzNews.az