Putin Ermənistanda həbs olunacaqmı? - Peskovdan açıqlama

24 Mart 2023 21:04 (UTC+04:00)

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putin Ermənistana səfər edərsə, həbs olunacağı ilə bağlı rəsmi İrəvan Moskvaya mövqe ifadə etməyib.

Bu gün Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsini yaradan Roma Nizamnaməsini təsdiq edib. Bundan sonra jurnalistlər Vladimir Putinin həmin ölkəyə səfər edəcəyi təqdirdə mümkün həbsi ilə bağlı Ermənistanın öz mövqeyini təqdim edib-etməməsi ilə bağlı Peskova sual ünvanlayıblar.

"Hələ yox. Biz bunu tərəfdaşlarımızla müzakirə edəcəyik”, - suala Kreml nümayəndəsi belə cavab verib.

AzNews.az