İranın Naxçıvanla sərhəddə yığdığı silahlı texnikanın yeri bilindi

25 Mart 2023 16:31 (UTC+04:00)

İran ordusunun Naxçıvanla sərhəddə yerləşən Poldəşt şəhəri istiqamətində cəmləşdirdiyi canlı qüvvə və silah-sursatın yeri müəyyən olunub.

Bununla bağlı görüntüləri "Azad İran" Teleqram kanalı yayıb.

Aznews.az xəbər verir ki, əraziyə 300-ə yaxın tank və xeyli canlı qüvvə cəlb edilib.

SEPAH-a yaxın Teleqram kanalının məlumatına görə, İran ordusu Naxçıvanla dövlət sərhədi yaxınlığında hərbi təlimlər keçirməyə hazırlaşır.