ABŞ-də tornado azı 14 nəfərin həyatına son qoyub

25 Mart 2023 17:46 (UTC+04:00)

ABŞ-nin Missisipi ştatında tornado azı 14 nəfərin həyatına son qoyub.

Aznews.az TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü yerli və federal hakimiyyət orqanlarına istinadən ABC telekanalı məlumat yayıb.

Tornado ciddi dağıntılara səbəb olub. Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.