Brüsseldə azərbaycanlılar İran əleyhinə aksiya keçirir

25 Mart 2023 18:40 (UTC+04:00)

Belçikanın paytaxtı Brüsseldə azərbaycanlılar İran əleyhinə aksiya keçirir.

Aznews.az xəbər verir ki, nümayiş Lüksenburq meydanında təşkil olunub. Buradan Avropa Parlamenti binasının önünə doğru yürüş keçirilir.

Nümayişin məqsədi uzun müddətdir İranda davam edən etirazlar zamanı ölən və xəsarət alan soydaşlarımızın haqqlarını müdafiə etməkdir.

Yürüşdə "Azadlıq, ədalət, milli hökumət", "Azərbaycan oyaqdır, varlığına dayaqdır", "Nə şahçıyam, nə şeyxçi, millətçiyəm, millətçi" şüarları səsləndirilib.

"Bildiyiniz kimi İranda baş vermiş aksiyalar zamanı yüzlərlə insan həyatını itirib, çox sayda yaralanan olub. İranın molla rejimi buna cavab verməli, həbs olunan şəxslər tezliklə azadlığa buraxılmalıdır. Həmçinin son vaxtlar İran rejimi Azərbaycan Respublikasına qarşı da aqressiv siyasət aparmaqdadır. Biz bunu da qınayırıq və bəyanatımızda bu məsələyə də yer ayırmışıq".