Üzü AkTÜRKoğlu İrəvanı fəth elədi - MATÇ

25 Mart 2023 23:07 (UTC+04:00)

Ermənistan-Türkiyə futbol matçı Türkiyənin qələbəsi ilə başa çatıb.

APA xəbər verir ki, oyun 1-2 hesabı ilə bitib.

Oyunun 10-cu dəqiqəsində hesab açılıb. Ozan Kabakın öz qapısına vurduğu qol Ermənistanı hesabda irəli keçirib.

34-cü dəqiqədə Orxan Kökçünün rəqib qapısına vurduğu qolla hesab bərabərləşib.

63-cü dəqiqədə Kərəm Aktürkoğlunun zərbəsi ilə Türkiyə millisi irəli keçib və hesab oyunun sonunadək dəyişməyib.

Cavab görüşü sentyabrın 8-də İstanbulda keçiriləcək.