Amerikalı əsgərlər Suriyada xidmətlərinə davam edəcək.
AzNews.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
O bildirib ki, Bayden ABŞ əsgərlərini Suriyada saxlamaq qərarında qətidir.
"Suriyada mindən az əsgərimiz var və onlar hələ də bu aktiv və kritik şəbəkəni (İŞİD) təqib edirlər", - deyə Kirbi əlavə edib.