Burkina Fasoda France 24 telekanalının yayımı dayandırılıb

27 Mart 2023 13:51 (UTC+04:00)

Burkina Fasoda “Əl-Qaidə” terror təşkilatına bağlı qruplaşmanın lideri ilə müsahibə aldığı üçün “France 24” telekanalının yayımı dayandırılıb.

Aznews.az xəbər verir ki, Hökumətdən verilən yazılı açıqlamada “France 24” telekanalının terror qruplaşmasının lideri ilə müsahibə apararaq, terrorçuların sözçüsü kimi çıxış etdiyi və terroru qanuniləşdirdiyi qeyd edilib.

Bəyanatda bildirilib ki, bu səbəblərdən ölkə ərazisində “France 24” telekanalının yayımları qeyri-müəyyən müddətə dayandırılıb.

Qeyd edək ki, ayın əvvəlində "France 24" telekanalı "Əl-Qaidə"nin Məğribdəki lideri olduğu iddia edilən Əbu Ubeyde Yusuf əl-Anabi kimi tanınan Yezid Məbarəklə müsahibə verib.

Əl-Anabi 2020-ci ildə Fransanın hava hücumu nəticəsində öldürülən qruplaşmanın lideri Əbdülməlik Drukdelin yerinə keçmişdi.

Mövsüm