Rusiya, Türkiyə, İran və Suriyanın yüksək səviyyəli diplomatlarının görüşü keçiriləcək

27 Mart 2023 15:53 (UTC+04:00)

Yaxın vaxtlarda Rusiya, Türkiyə, İran və Suriya xarici işlər nazirlərinin müavinləri arasında görüş keçiriləcək.

Aznews.az xəbər verir ki, bu barədə Mixail Boqdanov bildirib.

"Biz görüşə hazırlaşırıq. Düşünürəm ki, bu görüş, tezliklə keçiriləcək", - o deyib.

"İndi Ramazan bayramı ayıdır. Bir çox başqa hallar var. Bununla belə, işlər davam edir", - baş diplomat vurğulayıb.

“Biz ümid edirik ki, bizim çox mühüm strateji məqsədə - Suriya-Türkiyə münasibətlərinin normallaşmasına yönəlmiş vasitəçilik missiyamız bizim ortaq uğurumuzla nəticələnəcək”, - o qeyd edib.

Mövsüm