"Ermənistan növbəti dəfə Putinə zərbə vurur" - Elşad Mirbəşir

27 Mart 2023 17:31 (UTC+04:00)

- Cənab Mirbəşir, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağdakı erməni icmasının nümayəndələrinə yenidən təklif etdi ki, Bakıda görüş keçirilsin. Siz nə düşünürsünüz, bu təklifə yenidən "yox" deyiləcək, yoxsa bu səfər müsbət cavablandırılacaq?

- Azərbaycan hər zaman istənilən məsələnin dinc vasitələrlə, dialoq yolu ilə tənzimlənməsinin tərəfdarı olub. Bu istiqamətdə hər zaman praktiki addımlar atıb. Azərbaycanın mövqeyi dəfələrlə cənab Prezidentin dilində səslənib. O bildirib ki, Azərbaycan ərazisindəki ermənilərin vəziyyəti, təhlükəsizliyi Azərbaycanın daxili işidir. Azərbaycan hərhansı digər kənar subyektlə bu məsələni müzakirə etmək fikrində deyil. Digər mövqeyimiz isə ondan ibarətdir ki, ərazilərimizdə yaşayan ermənilər yalnız konstitusiyamıza qanunlarımıza tabe olaraq Azərbaycan vətəndaşları qismində öz mövcudluqlarını davam etdirə bilərlər. Bütün dünyanın aydın təsəvvürləri mövcuddur ki, Azərbaycanda müxtəlif xalqların nümayəndələri tam təhlükəsiz şəraitdə yaşayıb inkişaf etməkdədirlər. Azərbaycanda etnomilli zəmində heç vaxt diskriminasiya hallarına yol verilməyib. Baxmayaraq ki, əksər hallarda Qərb ölkələri qərəzli mövqe nümayiş etdirirlər. Onlar Azərbaycan ərazisində yaşayan ermənilər guya blokada şəraitində saxlanılırlaşmış kimi davranırlar. Bu tamamilə məqsədli, qərəzli formalaşdırılan təsəvvürlərdir. Məqsəd ondan ibarətdir ki, münaqişə vəziyyəti yenə bölgəyə qaytarılsın, "münaqişə hələ də davam edir" təəssüratı gücləndirilsin ki, ABŞ başda olmaqla Qərb ölkələri Cənubi Qafqaz regionunda bu amildən istifadə edərək öz mövcudluqlarını təmin etsinlər. Azərbaycana qarşı ədalətsiz qətnamələrin Avropa Parlamentində, Fransa Parlamentində qəbul olunması, Azərbaycanın rəyi soruşulmadan Ermənistana ikinci dəfə mülki missiyanın göndərilməsi təbii ki, dediklərimi bir daha təsdiq edir. Bu, regionda yenidən gərginlik yaradılmasına xidmət edir.

- Rəsmi Bakının ikinci dəfə bu addımı atmasını necə şərh edərdiniz?

- Rəsmi Bakının növbəti dəfə erməniləri dəvət edərək müzakirələrin təşkili təşəbbüsünü irəli sürməsi hesab edirəm ki, bir daha Azərbaycan dövlətinin nə qədər sülh, təhlükəsizlik tərəfdarı olduğunu nümayiş etdirir. Həm də bir daha bizim tam səmimi münasibətimizi ortaya qoymuş olur. Biz bununla nümayiş etdiririk ki, ermənilər Azərbaycan paytaxtı Bakı şəhərində sərbəst şəkildə gəlib onları narahat edən məsələlər ətrafında müzakirələrdə iştirak edə bilərlər. Təbii ki, ermənilərin reinteqrasiyası istiqamətində bu, Azərbaycanın növbəti xoşməramlı addımı kimi qiymətləndirilir və Azərbaycana münasibətdə qərəzli mövqe nümayiş etdirən Qərb dairələrinə də çox təsirli bir mesajdır ki, biz ərazimizdə yaşayan ermənilərin vəziyyəti ilə bağlı müzakirələrə hər zaman hazırıq, sadəcə olaraq yenə də kənardan dəstək alan erməni seperatçıları bu müzakirələrdən yayınmaqdadırlar. Hansı ki, eyni mənzərə keçmiş münaqişə vəziyyətinin mövcud olduğu otuz il ərzində Ermənistan tərəfindən də yaradılmaqda idi. Yəni Azərbaycan hər zaman dialoq, məsələnin dinc vasitələrlə tənzimlənməsi təşəbbüslərini irəli sürürdü, bu istiqamətdə praktiki addımlar atmağa hazır olduğunu nümayoş etdirirdi lakin Ermənistan tərəfi sadəcə olaraq pozuculuq fəaliyəti ilə məşğul olurdu. Məsələnin dinc vasitələrlə tənzimlənməsi imkanlarını aşkar şəkildə məhdudlaşdırırdı. Bu gün də həm Ermənistan, həm də Azərbaycan ərazisində yaşayan ermənilər eyni mövqedən çıxış etməkdədirlər. Təbii ki, bu da Azərbaycana öz təhlükəsizliyini təmin, bütün əraziləri boyunca suverenliyini bərqərar etmək üçün əsas yaradır.

- Ermənilərin qanunsuz silah daşımaq, oradakı silahlı qüvvələrini təchiz etmək üçün istifadə etmək istifadə etdikləri torpaq yol silahlı qüvvələrimiz tərəfindən nəzarətə götürülüb. Bu yetərlidir, yoxsa?

- Ermənistan tərəfi yenə də Xankəndiyə aparan fərqli, alternativ yollarla oradakı seperatçı rejimi silahlandırmaqda davam edir. Bu istiqamətdə müxtəlif cəhdlər edirlər. Lakin cənab Prezidentin də qeyd etdiyi kimi, ərazilərimiz üzərində effektiv texniki nəzarət imkanları mövcuddur. Ona görə də istənilən hərəkətlənməni biz aydın şəkildə müşahidə edə bilirik və bizim təhlükəsizliyimizə, suverenliyimizə qarşı yönələcək istənilən addımların qarşısını preventiv almağa qadirik. Bu baxımdan hesab edirəm ki, ermənilərin silah-sursat daşımağa cəhd etdiyi Xankəndiyə aparan kənar yolların nəzarətə götürülməsi bir daha onun göstəricisidir ki, Azərbaycan öz ərazilərində tam nəzarət imkanına malikdir və istənilən təxribatın qarşısını almaq gücündədir. Hesab edirəm ki, bunun özü də Ermənistan və onun havadarları üçün ciddi bir siqnal olmalıdır ki, bundan sonra Azərbaycan ərazisindəki separatçıları silahlandırmaqdan yayınsınlar. Yox əgər bu istiqamətdə cəhdlər davam etdiriləcəksə, təbii ki, Azərbaycan artıq nümayiş etdirdiyi kimi bu cəhdlərin qarşısını almaq iradəsini və gücünü ortaya qoyacaqdır.

- Xankəndi yolunda aksiyalar davam edir və aktivistlər əraziyə humanitar yardım avtomobillərinin və Rusiya sülhməramlılarına məxsus maşınların keçidinə şərait yaradır. Digər tərəfdən ermənilər narazılıq edir. Narazılığın əsl səbəbi isə onların hərbi imkanlarının tükənməsidir. Amma Üçtərəfli Bəyanata əsasən işğalçı Ermənistan ordusunun qalıqları Qarabağdan tamamilə çıxarılmalı və delimilitarlaşmalı deyilmi?

- Xankəndi yolunda Azərbaycanlı eko-fəalların dinc aksiyası davam etməkdədir. Bu bütövlükdə Azərbacyan xalqının iradəsinin göstəricisidir. Biz qarşımıza qoyduğumuz məqsədlərdən bir an belə geri çəkilmək fikrində deyilik. Azərbaycan ərazisində yaşayan ermənilər Azərbaycan təbiətinə, təbii sərvətlərinə zərər vurmağı dayandırmalıdırlar, bundan çəkinməlidirlər. Eko-fəalların başlıca istəyi məhz bundan ibarətdir. Ayrıca olaraq da humanitar yüklərin və sülhməramlıların avtomobillərinin keçidi tam sərbəstdir. Eko-fəallar bir daha nümayiş etdirir ki, onların dinc mübarizəsi sadəcə olaraq ekologiyamızın qorunmasından, təbii sərvətlərimizin ermənilər tərəfindən talan olunmasının qarşısının alınmasından ibarətdir. Bununla həm də Azərbaycan dinc aksiya keçirmək mədəniyyətini də dünyaya təqdim etməkdədir. Eyni zamanda dinc aksiyaların davamı olması həm də onu göstərir ki, bizim eko-fəallarımız öz haqlı istəklərindən bir addım da olsun geri çəkilməyəcəklər.

- Beynəlxalq cinayət məhkəməsi Rusiya Prezidenti Vladimir Putin barədə həbs qərarı çıxardı, amma elə bu ərəfədə də Ermənistan konstitusiya məhkəməsi beynəlxalq cinayət məhkəməsinə qoşulmaq haqqında müsbət rəy verdi. Artıq bu o deməkdir ki, Putin Ermənistana gələcəyi təqdirdə həbs olunmalıdır. Ermənistandan Putinə vurulan arxa zərbə hansı nəticələr doğuracaq?

- Beynəlxalq cinayət məhkəməsi Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin həbsi ilə bağlı qərar qəbul edib və Roma nizamnaməsini qəbul edən ölkələr beynəlxalq cinayət məhkəməsinin çıxarmış olduğu qərarını yerinə yetirməlidirlər. hər şeydən öncə ona qiymət vermək istərdim ki, beynəlxalq cinayət məhkəməsinin çıxardığı qərar olduqca təhlükəli və neqativ presendentin əsasını qoyur. Bir daha nümayiş etdirir ki, berynəlxalq cinayət məhkəməsi heç də təqdim olunan kimi müstəqil deyil. Dünyanın aparıcı güc mərkəzinin əlində bir alətdir. Ondan özlərinin geosiyasi mübarizələrində istifadə etməkdədirlər. Hesab edirəm ki, bu qərar hər şeydən öncə beynəlxalq cinayət məhkəməsinin ciddiliyini və müstəqil bir qurum olduğunu şübhəm altına alır. Məsələnin digər isə ondan ibarətdir ki, Ermənistan növbəti dəfə müttəfiqi olduğu Rusiyaya xaincəsinə arxadan zərbə vurur. Ermənistanın konstitusiya məhkəməsi beynəlxalq Roma nizamnaməsinin müddəalarının Ermənistan konstitusiyası ilə ziddiyət təşkil etmədiyini bildirib. Yəni mahiyyət etibarilə bu nizamnaməni təsdiq etdiyini göstərməkdədir. Nəzərə almaq lazımdır ki, 2004-cü ildə Ermənistan Roma nizamnaməsini təsdiq etməkdən imtina etmişdir. Bunu da nizamnamənin müddalarını Ermənistan konstitusiyası ilə ziddiyyət təşkil etməsi ilə əsaslandırmışdı. İndi isə Ermənistan konstitusiya məhkəməsinin məlum qərarı verməsi hər şeydən öncə nümayiş etdirir ki, Ermənistanda hakimiyyət tam qərbin nəzarəti altındadır. Sirr deyil ki, Paşinyanın iqtidara gəlməsini qərb dairələri şərtləndirib. Paşinyan qərbdən gələn təlimatlar əsasında davranmaqdadır, bu baxımdan hesab edirəm ki, Ermənistan konstitusiya məhkəməsinin Roma nizamnaməsinin müddəalarının Ermənistan konstitusiyası ilə ziddiyyət təşkil etmədiyini bildirməklə hər şeydən öncə Rusiyaya qarşı açıq demarşını nümayiş etdirir. Bu Ermənistan üçün yaxşı heçnə vəd etmir, ələlxüsus da Paşinyan iqtidarı üçün. Bunu zaman da təsdiq edəcəkdir ki, Ermənistan belə mövqe sərgiləməklə çox böyük yanlışa yol verir. Bir alət kimi bundan sonra Ermənistanın nümunəsi Azərbaycana qarşı da istifadə oluna bilər. Hesab edirəm ki, bu da gələcəkdə Roma statutuna qoşulmayan digər ölkələr kimi Azərbaycan üçün də Ermənistan bir nümunə kimi təqdim oluna bilər. Azərbaycan tam müstəqil, öz milli maraqlarına uyğun tərəfdaşları ilə bərabərhüquqlu münasibətlər quran bir dövlətdir. Azərbaycan hər zaman beynəlxalq hüquq norma və prinsiplərinə uyarlı şəkildə davranan bir ölkədir. Azərbaycanın iradəsinə, mövqeyinə heç bir formada təsir göstərmək mümkün deyil. Azərbaycan yalnız məqbul bildiyi təqdirdə bu vəya digər nizamnaməyə və yaxud konvensiyaya qoşulur. Bunu da bütün dünya çox gözəl bilir. Təbii ki, Ermənistanın bu nizamnaməni təsdiq etməsi gələcəkdə digər ölkələrə qarşı da istifadə oluna bilər. Amma bunun hər hansı bir nəticə verəcəyini düşünmürəm.

- Ermənistandakı futbol matçında "Nemesis" şüarı səsləndirildi. Bu erməni terrorçularının Azərbaycanın və Türkiyənin dövlət xadimləri və siyasi xadimlərinə qarşı həyata keçirdikləri terror əməliyyatının adı idi. Ermənistan terror dövləti olduğunu bununla bir daha təsdiq etmədimi? UEFA bu terror şüarına görə, Ermənistanı cəzalandıracaqmı?

- Ermənistan həm dövlət, həm də cəmiyyət olaraq terrorçudur. Hesab edirəm ki, hər bir erməni potensial terrorçudur. Bunu həm keçmiş, həm də bugünkü tarix nümayiş etdirir ki, hər bir erməni istənilən cinayətə, terrora qadirdir. Təbii ki, söhbət azərbaycanlılara, türklərə münasibətdən gedir. Bu baxımdan da burada bizi təəccübləndirən bir məqam yoxdur. Yəni Ermənistanda futbol matçı zamanı “Nemesis” şüarının səsləndirilməsi bir daha nümayiş etdirdi ki, həmin terrorçu psixologiyasından azad olmayıb, azad olmaq fikri də yoxdur.

- Dünən "Qarabağ"- "Qalatasaray" qardaşlıq görüşü keçirildi. Həmin görüşdə dövlət başçısı da iştirak etdi. Hər iki komandanın vurduğu qollar tamaşaçılar tərəfindən alqışlandı. Bu matçda toplanan vəsait Türkiyədə zəlzələdən zərərçəkənlərin üçün xeyriyyə təşkilatlarının hesablarına köçürüləcək. Bu matç Azərbaycan Türkiyə qardaşlığını bir daha təsdiq etmədimi?

- Azərbaycanda keçirilən "Qarabağ" - "Qalatasaray" matçı sözün əsl mənasında dostluq- qardaşlıq matçı idi. Bu oyunun keçirilməsi özü çox mühüm subliminal mesajlar ötürmüş oldu. Yəni izləyicilər hər iki tərəfin qol vurduğu halda sürəkli ürəkdən alqışlayırdılar. Burada tərəf mövcud deyildi, izləyicilər həm Qarabağın, həm də qardaş Türkiyənin "Qalatasaray" klubunun azarkeşləri idi. Yəni burada sanki bir komanda iki hissəyə bölünüb oynayırdı və izləyicilər də hər iki komandanı ürəkdən dəstəkləyirdilər. Həqiqətən də bu olduqca təsirli, səmimi notlar üzərində keçirilən bir qardaşlıq görüşü idi. Bu həm də Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun növbəti təcəssümü idi. İki qardaş ölkə münasibətlərinin xarakterini açıq ifadə edən bir oyun idi. Təbii ki, "Qarabağ" - "Qalatasaray" görüşməsi bir daha nümayiş etdirdi ki, qardaş Türkiyə ilə Azərbaycan xalqları qəlbən, ruhən bir-birlərinə bağlıdırlar. Bu bağlılıq heç vaxt sarsılmaz, heç vaxt zəifləməz. Hər zaman Azərbaycanla Türkiyə birgə qardaş, dost, müttəfiq olaraq yollarına davam edəcəklər.

Rəşid QARAYEV