Polşada Rusiyaya casusluq etməkdə şübhəli bilinən şəxs həbs edilib

27 Mart 2023 16:40 (UTC+04:00)

Polşada Rusiyanın xeyrinə casusluqda şübhəli bilinən xarici ölkə vətəndaşı saxlanılıb.

Aznews.az xəbər verir ki, Ölkənin şimalındakı Qdansk şəhər prokurorluğundan verilən açıqlamada şübhəlinin istintaq tamamlanana qədər 3 ay müddətinə həbs oluna biləcəyi bildirilib.

Açıqlamada naməlum şəxsin Rusiya kəşfiyyatına məlumat verdiyini etiraf etdiyi bildirilib.

Prokurorluğun sözçüsü Qrajina Vavrinyuk, sözügedən əcnəbinin yanvar ayından Polşada olduğunu və ölkənin şimalındakı əsas infrastruktur və təhlükəsizlik prosedurları haqqında məlumat topladığını bildirdi.

Şübhəlinin günahı sübuta yetirilərsə, onu 10 ilə qədər həbs cəzası gözləyir.

Mövsüm