Rusiya: Qərb reaksiyası bizim Belarusda nüvə silahı yerləşdirmək planlarımıza təsir etməyəcək

27 Mart 2023 17:24 (UTC+04:00)

Qərb ölkələrinin reaksiyası Belarusda taktiki nüvə silahı yerləşdirmək planlarına təsir etməyəcək.

Aznews.az xəbər verir ki, bu barədə Dimitri Peskov paytaxt Moskvada baş verənlərlə bağlı jurnalistlərə açıqlamalar verib.

Kremlin sözçüsü xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin keçən həftə Belarusda taktiki nüvə silahı yerləşdirəcəklərini bəyan edib.

Qərb ölkələrinin buna mənfi reaksiya verdiyini qeyd edən Peskov, "Təbii ki, bu reaksiya Rusiyanın planlarına təsir edə bilməz" -deyə qeyd edib.

Mövsüm