ADY barəsində protokol tərtib edilib.

27 Mart 2023 17:30 (UTC+04:00)

“Azərbaycan Dəmir Yolları” QSC barəsində inzibati protokol tərtib edilib.

Aznews.az xəbər verir ki, şirkət barəsində aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü(Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

İşə Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Rəşid