Konqolu şaxtaçılar çökən mədəndən belə çıxarıldılar - VİDEO

28 Mart 2023 11:36 (UTC+04:00)

Konqo Demokratik Respublikasının Şimali Kivu əyalətində yağan yağışlardan sonra qızıl mədəni çöküb.

Çökən mədəndə qalan işçiləri bir mədənçi əli ilə torpağı qazaraq azad edib. Hadisə yerindən 9 nəfər xilas edilib.

Həmin vaxt ətrafdakı mədənçilərin sevinci videoda qeydə alınıb: